Реклама
» » Gürcüstan larisinin UCUZLAŞMA SƏBƏBLƏRİ

Gürcüstan larisinin UCUZLAŞMA SƏBƏBLƏRİ

13-07-2019, 23:00
Oxunub: 26
Çap üçün versiya


Gürcüstan Milli Bankının sədr müavini Arçil Mestvirişvili valyuta bazarında yaranmış vəziyyəti şərh edib.
 

"İctimaiyyətə məlumdur ki, milli valyuta üzən valyuta məzənnəsi regimindədir. Kursa bir neçə daxili və xarici amillər, o cümlədən, mənfi gözləntilər təsir edir. İqtisadi sanksiyalar elan edilməsi imkanı, rusiyalı turistlərin axınının kəskin azalması haqqında məlumatlar, son günlər baş verən hadisələr- bütün bunlar larinin məzənnəsində əksini tapıb və son üç həftə ərzində xeyli dəyişib",- o deyib.

İnteraktiv.Az fed.az-a istinadən bildirir ki, Arçil Mestvirişvili qeyd edib ki, ilkin hesablamalara görə, turizm gəlirləri artacaq və bu, milli valyutanın məzənnəsinə Rusiya amilinin mənfi təsirini azaltmağa imkan verəcək.

Turistlərin azalması ölkəyə valyuta axının azalması ilə nəticələnir.

Dünən Gürcüstanda 1 dollar 2.9150 lariyə satılıb.

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.