Реклама
» » Gündəlik ən çox neft çıxaran ölkələr açıqlanıb

Gündəlik ən çox neft çıxaran ölkələr açıqlanıb

26-07-2019, 23:07
Oxunub: 76
Çap üçün versiya


Cari ilin ilk rübünün sonuna ABŞ sutkalıq neft istehsalı (11,9 milyon barrel) ən çox olan ölkədir.

İnteraktiv.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qlobal məlumat mənbəyi "Knoema"nın açıqlamasında yayıb. Bildirilir ki, siyahıda ilk 20-likdə Rusiya (10,89 milyon barrel), Səudiyyə Ərəbistanı (9,89 milyon barrel), İraq (4,63 milyon barrel), Kanada (3,98 milyon barrel), Çin (3,89 milyon barrel), Birləşmiş Ərəb Əmirlikləri (3,37 milyon barrel), İran (3,35 milyon barrel), Küveyt (2,77 milyon barrel), Braziliya (2,56 milyon barrel), Nigeriya (2,01 milyon barrel), Qazaxıstan (1,87 milyon barrel), Meksika (1,71 milyon barrel), Qətər (1,51 milyon barrel), Anqola (1,49 milyon barrel), Norveç (1,41 milyon barrel), Əlcəzair (1,29 milyon barrel), Liviya (1,18 milyon barrel), Böyük Britaniya (1,11 milyon barrel) və Oman (970 min barrel) qərarlaşıb.

Qeyd edək ki, iyunda Azərbaycanda neft hasilatı sutkada 768 min barrel olub. Bunun 695 min barrelini xam neft, 73 min barrelini kondensat təşkil edib. Gündəlik 471 min barrel xam neft, 72 min barrel kondensat, 19,2 min barrel isə neft məhsulları ixrac olunub.


İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.