Реклама
» » “Nike” məşhur cizgi filminin şərəfinə yeni kolleksiya buraxdı - FOTO

“Nike” məşhur cizgi filminin şərəfinə yeni kolleksiya buraxdı - FOTO

30-07-2019, 22:30
Oxunub: 43
Çap üçün versiya


İdman geyimləri və ayaqqabılarının istehsalçısı "Nike" və basketbolçu Kayri İrvinq firmanın krassovkalarının yeni kolleksiyasını təqdim edib.

İnteraktiv.Az facemark.az-a istinadən bildirir ki, yeni kolleksiya "Süngər Bob Kvadrat Şalvar" cizgi filminə həsr edilib. Bu haqda serialın rəsmi "Instagram" səhifəsi üzərindən bildirilib.

Yeni kolleksiyada beş model var. Bu isə cizgi filmində yer alan personajların şərəfinə görədir. (Süngər Bob, Patrik, Skvidvard, Mister Krabs və sincab Sendi)

Hər bir krassovkanın dizaynında bu qəhrəmanlardan ilham alıb. Hətta yeni kolleksiyada olan bəzi krassovkalarda "Nike" firma işarəsinin forması dəyişdirilib.

Qeyd etmək yerinə düşər ki, yeni kolleksiyadan olan krassovkaların satışları avqustun 10-dan etibarən başlayacaq.

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.