Реклама
» » II Yelizavetanın Moskvada 4 mənzilinin olduğu üzə çıxdı

II Yelizavetanın Moskvada 4 mənzilinin olduğu üzə çıxdı

30-07-2019, 20:53
Oxunub: 49
Çap üçün versiya


Böyük Britaniyanın kraliçası II Yelizavetanın Moskvanın mərkəzində elit daşınmaz əmlaklara sahib olduğu məlum olub.

İnteraktiv.Az qafqazinfo-ya istinadən xəbər verir ki, kraliçanın  Rusiya paytaxtında ən bahalı yaşayış komplekslərinin yerləşdiyi "Zolotoya Milya" rayonunda 4 mənzili var. Bunlardan üçü 2002-ci ildə "ПКФ Фронт" şirkətindən, biri isə 2003-cü ildə biznmesmen Andrey Roketskovdan satın alınıb.

II Yelizavetanın mənzilləri binanın birinci, ikinci və dördüncü mərtəbələrində yerləşir. Hər bir mənzilin ümumi sahəsi 839 kvadratmetr, ümumi kadastr dəyəri isə 540 milyon rubl (14 milyon 472 min AZN) təşkil edir.

Kanada səfirliyindən bildirilib ki, əmlak rəsmi olaraq dövlət başçısı olduğuna görə Yelizavetanın adına qeydiyyatdadır:

"Bu mənzil Kanada hökumətinə məxsusdur. Kanada konstitusional monarxiyadır və dövlət başçısı isə kraliça II Yelizavetadır. Bu səbəbdən mənzilin Kanada Kraliçasına məxsus olduğunu bəyan edirik".

"Baza" yazır ki, kraliça heç vaxt bu mənzillərə baş çəkməyib. Çox güman ki, orada Starokonyuşenni zolağında yerləşən Kanada səfirliyinin əməkdaşları yaşayır.

Xatırladaq ki, II Yelizavetanın Rusiyaya ilk və son səfəri 1994-cü ilin oktyabrında baş tutub. Diplomatik protokol ingilis monarxın eyni ölkəyə iki dəfə rəsmi səfərdə olmasını qadağan edir, buna görə də Yelizaveta növbəti dəfə Rusiyaya yalnız səyahətçi olaraq gedə bilər.

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.