Реклама
» » Qaranlıqda parıldayan kiçik bir akula növü

Qaranlıqda parıldayan kiçik bir akula növü

30-07-2019, 23:00
Oxunub: 33
Çap üçün versiya


Ümumiyyətlə böyük, qorxunc, hiyləgərcə ovlayan bir canlı növü olan akula ailəsinin yeni üzvləri olduqca təəccüblüdür. Bu növün fərdləri olduqca kiçikdir, qaranlıqda parıldayır və zahirən çox sevimli şəkli var.

İnteraktiv.Az deyerler.org-a istinadən bildirir ki, akulalarının ovlanması ümumiyyətlə hiyləgərcə izləməyə və ovlarının qoxusunu izləməklə olur. Yeni kəşf edilən bir növ isə bu hala çox uyğun gəlmir. Bu kiçik ölçülü növ, qaranlıqda parıldayaraq ovunu özünə çəkir.

Təxminən 14-15 sm boylarındakı Amerika cib akulası, ilk olaraq Meksika körfəzində göründü. Tulan Universitetinin işləri əsnasında olan bu yeni növ olduqca diqqət çəkdi.

Daha əvvəl 2010-cu ildə bölgədə yaşayan bir balina növünü araşdıran araşdırmaçılar, gənc bir erkək akula tapmışdı. O canlı, bu növə aid olmasa da daha qaranlıq olan sularda kəşf edilmişdi. Növün təkrar tapılması isə 2013-cü ildə Milli Okean və Atmosfer İdarəsi (NOAA) araşdırmaçısı Mark Qreysin etdiyi işlərdə oldu.

Araşdırmaçı, etdiyi şərhdə bu canlının tarix boyunca yazılan yalnız 2 cib akula olduğunu söylədi. Digər cib akula, 1979-cu ildə Sakit okeanın şərqində tapılmışdı. Qreys hər iki növün çox nadir olduğunu söylədi.

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.