Реклама
» » Tokayevin inauqurasiyasının VAXTI bilindi

Tokayevin inauqurasiyasının VAXTI bilindi

11-06-2019, 00:16
Oxunub: 10
Çap üçün versiya


Qazaxıstanda keçirilən növbədənkənar seçkilərdə səs çoxluğu ilə ölkə prezidenti postunu qazanmış Kasım-Jomart Tokayevin andiçmə mərasimi iyunun 12-ə planlaşdırılır.

İnteraktiv.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə o, özü bildirib.

K.Tokayev deyib: "Əgər Mərkəzi Seçki Komissiyası səslərin sayılmasını yekunlaşdırsa, inauqurasiya mərasimi iyunun 12-ə planlaşdırılır. İyunun 14-də isə Bişkekə Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək üçün yola düşəcəyəm",

Qeyd edək ki, ötən gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib.

K.Tokayevin namizədliyi hakim "Nur Otan" partiyası tərəfindən irəli sürülüb. O 70,76 faiz seçici səsini qazanıb.

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.