Реклама
» » Parisdən ermənilərə daha bir ZƏRBƏ

Parisdən ermənilərə daha bir ZƏRBƏ

12-06-2019, 18:00
Oxunub: 29
Çap üçün versiya

Ermənistanın və bütün dünya ermənilərinin "bizə ən yaxın ölkə, sadəqətli dost və hamimiz" adlandırdıqları Fransa hayların ümidlərini puç, gözləntilərini isə alt-üst etməyə davam edir.
Ermənilər son vaxtlarda ən ağır zərbəni mayın 29-da almışdılar. Həmin gün Sersi-Pontuaz İnzibati Məhkəməsinin qərarına görə, bu ölkənin Arnuvil şəhəri və 1992-ci ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumu təmsil edən Şeher inzibati bölgəsi arasında imzalanmış dostluq xartiyasını qeyri-qanuni elan edib və onu ləğv edib.
Bu, Azərbaycanın işğal edilmiş torpaqlarında formalaşdırılmış qondarma qurumla həmrəylik nümayiş etdirmək naminə bitərəflik prinsiplərinə qəsdən məhəl qoymamaq yolunu seçən yolunu azmış bəzi yerli seçkili və bir sıra yerli hakimiyyət orqanları rəsmilərinin sonunu gətirəcək hüquqi presedentdir.

Sersi-Pontuaz İnzibati Məhkəməsi "Fransanın beynəlxalq öhdəliklərinə hörmət etmir" və "Dövlətin müstəsna səlahiyyəti olan Fransanın xarici siyasətinə qarşı çıxır" arqumentlərini rəhbər tutaraq, sözügedən xartiyanı ləğv edib.
Dünənsə Qrenobl İnzibati Məhkəməsinin (Tribunal administratif de Grenoble) qərarı ilə Drom, Valans, Bur le Valans və Bur de Peaq departamentlərinin Dağlıq Qarabağadakı 4 bələdiyyə ilə imzalanmış "Dostluq Xartiya"ları qanunsuz sayılaraq ləğv olunub.
Qrenobl Məhkəməsinin qərarına görə, sözügedən departamentlərin 26 ildən bəri işğal altında olan Azərbaycan əraziləri ilə belə sənədlər imzalamaq hüquqları yoxdur: "Eyni zamanda, həmin sənədlər Fransanın xarici siyasət kursu və prinsipləri ilə kəskin ziddiyyət təşkil edir. Sənədlər Fransanın yürütdüyü siyasətin əsas, təməl prinsiplərini nəzərə almır".
Olayla bağlı olaraq Fransadakı erməni diasporunun əsas media vasitələrindən olan "Nouvelles d'Armenie" saytı "Qrenobl məhkəməsi 4 dostluq xartiyasını ləğv etdi" (Le tribunal administratif de Grenoble annule 4 chartes d'amitié) başlıqlı məlumat yayıb.

İnteraktiv.Az

   шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.