Реклама
» » Dubayda ilin birinci yarısında taksi sürücüləri tapıntılar bürosuna təxminən 175 min dollar nağd vəsait təhvil veriblər

Dubayda ilin birinci yarısında taksi sürücüləri tapıntılar bürosuna təxminən 175 min dollar nağd vəsait təhvil veriblər

10-07-2019, 22:02
Oxunub: 6
Çap üçün versiya


Cari ilin 6 ayı ərzində Dubayda taksi sürücüləri sərnişinlərin avtomobildə unutduqları ümumilikdə 640 min dirhəm (təxminən 175 min dollar) nağd vəsaiti tapıntılar bürosuna təhvil veriblər. Həmçinin sürücülərdən biri sərnişinə yaddan çıxardığı 45 min dolları qaytarıb.

İnteraktiv.Az AZƏRTAC-a istinadən bildirir ki, Dubayın taksi korporasiyasının məlumatına görə, göstərilən dövr ərzində sərnişinlər Dubay taksilərində 7408 şəxsi əşya yaddan çıxarıblar. Əşyaların arasında nağd pul, mobil telefon, pasport, zinət əşyaları və hətta qızıl külçələri yer alıb. Bununla yanaşı, qiymətli əşyaların üçdə ikisi sərnişinlərə qaytarılıb. Hazırda Dubayın taksi korporasiyasında 12 minə yaxın sürücü çalışır və avtomobillərin əksəriyyəti videomüşahidə kameraları ilə təchiz edilib.

İnteraktiv.Az


 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.