Реклама
» » Rusiya, Türkiyə və İranın zirvə toplantısı Qazaxıstandakı görüşdən sonra baş tutacaq

Rusiya, Türkiyə və İranın zirvə toplantısı Qazaxıstandakı görüşdən sonra baş tutacaq

10-07-2019, 22:25
Oxunub: 5
Çap üçün versiya


Suriya məsələsi üzrə Rusiya, Türkiyə və İranın zirvə toplantısı Nur-Sultanda görüşdən sonra baş tutacaq.

İnteraktiv.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

M.Boqdanovun sözlərinə görə, avqustun əvvəlində Nur-Sultanda Astana formatında keçirilən Suriya məsələsi üzrə on ikinci beynəlxalq görüş olacaq:

"Burada müəyyən yenilik var, çünki Liviya və İraq təmsilçiləri ilk dəfə müşahidəçilər kimi iştirak edəcəklər".

Rusiyanın xarici işlər nazirinin müavini deyib ki, Suriya məsələsi üzrə Rusiya, Türkiyə və İranın zirvə toplantısı "əlbəttə, (Nur-Sultan görüşündən) sonra baş tutacaq".

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.