Реклама
» » "Növbəti mərhələyə yüksələcəyimizə inanırıq" - "Partizani"nin futbolçusu

"Növbəti mərhələyə yüksələcəyimizə inanırıq" - "Partizani"nin futbolçusu

17-07-2019, 01:00
Oxunub: 17
Çap üçün versiya


"İlk oyundakı kimi hücum edəcəyik və hücumda daha yaxşı oynasaq, bizdə hər şeyin alınacağına inanıram. Topa nəzarəti itirmək olmaz. Səfər oyununa daha güclü "Partizani" gedir. Biz növbəti mərhələyə yüksələcəyimizə inanırıq. Tiranadakı matçda hər kəs güclü və çətin komanda olduğumuzu gördü".

İnteraktiv.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Partizani"nin futbolçusu Bruno Telyuşi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi Albaniya mətbuatına deyib.

O, penaltilər seriyasına hazır olduqlarını söyləyib: "Penaltilər seriyası üçün də hazırlaşmışıq.  Ancaq böyük ehtimalla, hər şey 90 dəqiqə ərzində həll ediləcək".

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Albaniyadakı ilk qarşılaşmada hesab açılmayıb.

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.