Реклама
» » "Milan" Braziliyadan futbolçu transfer edir

"Milan" Braziliyadan futbolçu transfer edir

29-07-2019, 23:21
Oxunub: 32
Çap üçün versiya


Növbəti mövsüm üçün hazırlıqları davam etdirən İtaliyanın "Milan" klubu yeni transferə hazırlaşır.

İnteraktiv.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar", "Flamengo"nun müdafiəçisi Leo Duarteni heyətinə qatmağa hazırlaşır. Braziliya klubunun baş məşqçisi Jorge Xesus, 23 yaşlı futbolçu üçün "Milan"la razılıq əldə etdiklərini bildirib:

"Duarte növbəti mövsüm "Milan"ın formasını geyinəcək. Razılıq əldə olunub. O, çox istedadlı futbolçudur. Onun üçün ən yaxşısını arzulayıram".

İtaliya təmsilçisinin braziliyalı futbolçu üçün "Flamengo"ya 11 milyon avro təzminat ödəyəcəyi bildirilir.

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.