Реклама
» » “Qarabağ” çox yaxşı komandadır” - “Linfild”in rəhbəri

“Qarabağ” çox yaxşı komandadır” - “Linfild”in rəhbəri

19-08-2019, 17:45
Oxunub: 952
Çap üçün versiya
 
"Futbolda hər zaman arzularla yaşamaq lazımdır. İstənilən nəticə ola bilər. Amma biz həmçinin gerçəkçi insanlarıq. Başa düşürük ki, rəqibimiz "Qarabağ" çox yaxşı komandadır. Onlar bu yay "Dundalk"a da qalib gəliblər".

INTERAKTIV.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Linfild"in rəhbəri Roy MakQivern bildirib.
Şimali irlandiyalı futbol rəsmisi yada salıb ki, "Qarabağ"ın Avropada qrup təcrübəsi və yüksək reytinqi var: "Buna görə də onlar bizə qalib gələ bilərlər. Amma əgər biz evdə yaxşı nəticəyə nail olsaq, bu, bizdə əlavə inam yaradacaq. Qrupa düşsək, komandamız üçün inanılmaz nəticə olacaq".
Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la "Linfild" arasında ilk görüş avqustun 22-si Belfastda, cavab matçı avqustun 29-u Bakıda olacaq.шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.