Реклама
» » DÇ-2022 üçün stadion tikintisi zamanı Qətərdə 1400 nepallı fəhlə ölüb

DÇ-2022 üçün stadion tikintisi zamanı Qətərdə 1400 nepallı fəhlə ölüb

12-06-2019, 22:30
Oxunub: 9
Çap üçün versiya


Nepal hökuməti 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün stadion tikintisi zamanı 1400 nepallı fəhlənin həlak olması faktını təsdiq edib.

İnteraktiv.Az goal.az-a istinadən xəbər verir ki, Almaniyanın WDR şirkəti turnir obyektlərinin tikintisində iştirak edən fəhlələrin ağır həyatlarından bəhs edən sənədli film hazırlayıb.

Nepalın Əmək Nazirliyinin nümayəndəsi Narayan Rəhmi bildirib ki, o, filmdən xəbərsizdir, lakin bir çox həmvətəninin ölüm faktını təsdiq edib.

"Biz öz işçilərimizi Qətərə göndərməyə başlayandan, bəzi insanlar orada həlak oldular. 1400, 300 və ya 200 rəqəminin hansının həqiqi olduğuna əmin deyiləm. Mən bunu birbaşa problemlə əlaqəli olan hakimiyyət orqanları ilə dəqiqləşdirməliyəm", - Rəhmi qeyd edib.

WDR-nin məlumatına görə, ölənlərin qohumları Qətərdən heç bir təzminat almayıblar.

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.