Реклама
» » "Mançester Yunayted"dən 21 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinq

"Mançester Yunayted"dən 21 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinq

12-06-2019, 23:00
Oxunub: 6
Çap üçün versiya


"Mançester Yunayted" "Kristal Pelas"ın 21 yaşlı futbolçusunu transfer etmək üçün hərəkətə keçib.

İnteraktiv.Az komanda.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar", "Kristal Pelas"ın sağ cinah müdafiəçisi Aaron Van-Bissakanı heyətinə qatmaq niyyətindədir. Mançester təmsilçisi "Tottenhem"in də maraq dairəsində olduğu deyilən futbolçu üçün 50 milyon funt-sterlinq ödəməyə hazırdır.

"Kristal Pelas"ın isə ingiltərəli futbolçunu 60 milyon funt-sterlinqdən az məbləğə satmaq istəmədiyi bildirilir.

"Kristal Pelas"ın yetirməsi olan Van-Bissaka, 2017-ci ildən əsas komandada çıxış edir. O, bu mövsüm iştirak etdiyi 39 oyunda 4 qolla yadda qalıb.

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.