Реклама
» » Ayxan Abbasovun qələbə şərhi

Ayxan Abbasovun qələbə şərhi

11-05-2019, 19:39
Oxunub: 54
Çap üçün versiya
 
"Çempionatın son oyununu qələbə ilə başa vurmağımız bizə bir pillə yuxarı qaldıracaqdı. Bu baxımdan, qalibiyyət bizim üçün önəmli idi. Hava şəraitini də nəzərə alsaq, ilk yarıda bizə çətin oldu. Amma uşaqlar sonadək mübarizə apardılar. Qalib gələrək çempionatı istədiyimiz kimi başa vurduq. Hər kəsi təbrik edirəm".

Interaktiv.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 28-ci tur matçından sonra keçirilən mətbuat konfransında deyib. 38 yaşlı mütəxəssis "Qəbələ" ilə mayın 19-da Naxçıvanda keçirəcəkləri ölkə kubokunun final matçına hazırlaşacaqlarını bildirib:
"Cəmi bir oyunumuz qalıb. Yenə rəqib "Qəbələ"dir. Bizi həqiqətən də çətin oyun gözləyir. Çünki təcrübəli komandaya qarşı oynayacağıq. Bu, mövsümün ən vacib oyunu olacaq".
Abbasov final matçında oruc tutmalarının futbolçulara problem yaratmayacağını bildirib: "Futbolçular peşəkardırlar. Böyük klublar, hətta Çempionlar Liqasındakı komandalar belə futbolçulara sərbəstlik verirlər. Qərarı özləri qəbul etməlidirlər. İnanıram ki, böyük problem olmayacaq".шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.