Реклама
» » "Titul qazanmaq istəyirik" - Sənan Qurbanov

"Titul qazanmaq istəyirik" - Sənan Qurbanov

11-05-2019, 19:44
Oxunub: 69
Çap üçün versiya
 
"Çempionatın son oyunu idi. Uduzmaq istəməzdik. Kubokun finalına hazırlıq üçün yaxşı əhval-ruhiyyə lazım idi. Lakin alınmadı".

INTERAKTIV.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Ölkə kubokunda finala qaldıqlarını xatırladan gənc mütəxəssis mövsümü titulla başa vurmaq istədiklərini bildirib:
"Zədədən əziyyət çəkən oyunçularımıza istirahət verdik. Bu gün gənc futbolçular istəkli idilər. Qol epizodlarımız oldu, istifadə edə bilmədik. Rəqib yaratdığı qol imkanından yararlandı və qalib gəldi. İrəli baxacağıq. Son oyunumuz var. Titul qazanmaq istəyirik. Əlimizdən gələni edəcəyik ki, mövsümü titulla başa vuraq".шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.