Реклама
» » Mirabdulla "Səbail"ə keçir? - baş məşqçidən açıqlama

Mirabdulla "Səbail"ə keçir? - baş məşqçidən açıqlama

11-05-2019, 19:53
Oxunub: 74
Çap üçün versiya
 
"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov karyerasını "Səbail"də davam etdirə bilər.

INTERAKTIV.az qol.az-a istinadən xəbər verir ki, bu barədə "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev "Keşlə" ilə oyundan (1:4) sonra keçirilən mətbuat konfransında məlumat verib. O, bildirib ki, futbolçunun özü ilə şifahi danışıq olub:
"Hələ ki, rəsmi formada danışıq olmayıb. Mirabdullanın özüylə danışmışıq. Qarşıdakı günlərdə bu məsələyə aydınlıq gələcək. Müqavilə şərtləri müzakirə olunduqdan sonra nəsə deyə bilərik. Ancaq belə kompensasiya ödəniləcəksə, əlbəttə ki, Mirabdullayla sözləşmə uzun müddətə imzalanacaq".
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Mirbabdullanın "ağ-qaralar"la 1 illik müqaviləsi var.шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.