Реклама
» » "Komandadakı futbolçuların 95 faizi göndəriləcək" - Tərlan Əhmədov

"Komandadakı futbolçuların 95 faizi göndəriləcək" - Tərlan Əhmədov

11-05-2019, 19:59
Oxunub: 56
Çap üçün versiya
 
Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Səbail"i 4:1 hesabı ilə məğlub edən "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Motivasiyasız, emosiyasız oyun idi. Bəlkə də futbolçularımız təzyiq altında olmadığı üçün belə oynadı. Məncə, bu cür oyunlarımız çox oldu. Sadəcə, futbolçularda özünəinam yox idi. Bəlkə də "Səbail" 3-cü pilləni təmin etdiyindən bir qədər rahat idi.
 
- Bu gün Lisenziyalaşdırma Komitəsinin qərarı verilib və birinci diviziondan heç bir klub lisenziya almayıb...

- Bu xəbəri sizdən eşidirəm. Hər halda, qərar qərardır. Oyun isə emosiyasız keçdi. Qərarı AFFA verib və buna hörmətlə yanaşırıq.
 
- Komandada qalacaqsınız?

- Bazar ertəsi klub prezidenti ilə görüşümüz olacaq. Hər şey Zaur Axundovun qərarından asılıdır.
- Komandada qalacağınız təqdirdə, futbolçuların neçə faizi "Keşlə"də qalacaq?

- Qalacaq? Gəlin, gedənlərin faizini deyim. Komandamızda olan futbolçuların 95 faizi yola salınacaq. шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.