Реклама
» » Rəşad Sadıqov püşk haqda

Rəşad Sadıqov püşk haqda

19-06-2019, 01:21
Oxunub: 68
Çap üçün versiya
 "Bizi iki çətin oyun gözləyir. Albaniya çempionuna qarşı çıxış edəcəyik".

İnteraktiv.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov klubun mətbuat xidmətinə açıqlamasında deyib. Təcrübəli müdafiəçi Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkünü dəyərləndirib. O, Albaniya çempionu "Partizani"nin asan rəqib olmadığını bildirib:

"Ötən il də bu ölkənin komandasıyla qarşılaşmışdıq. Bu oyunlara çox ciddi və yaxşı hazırlaşmalıyıq. Məşqçilər heyətimiz rəqibi analiz edəcək və bizə lazım olan məlumatı verəcək. Hazırda ən vacibi odur ki, özümüz yaxşı hazırlaşaq və yaxşı formada olaq. Çünki Çempionlar Liqasıdır, burda hər rəqib təhlükəlidir. İstədiyimiz oyunu nümayiş etdirmək üçün yaxşı hazırlaşmalıyıq".

İnterakiv.Az


шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.