Реклама
» » Ulduz futbolçu karyerasını başa vurdu

Ulduz futbolçu karyerasını başa vurdu

21-06-2019, 10:17
Oxunub: 31
Çap üçün versiya
 
Məşhur ispaniyalı futbolçu Fernando Torres karyerasını başa vurub.

Yaponiyanın "Saqan Tosu" klubunda çıxış edən 35 yaşlı forvard peşəkar karyerasını bitirib. Təcrübəli futbolçu qərarını paylaşdığı video ilə açıqlayıb:
"Elan verəcəyim çox önəmli bir şey var. 18 həyəcanlı ildən sonra futbolçu karyeramı başa vurmağın zamanı gəldi. Gələn bazar (23 iyun) Yaponiya saatı ilə 23:00-da bütün detalları açıqlamaq üçün Tokioda mətbuat konfransı keçirəcəm".
Qeyd edək ki, karyerasına "Atletiko"da başlayan Fernando Torres 2001-2007-ci illərdə Madrid təmsilçisinin şərəfini qoruyub. "El Nino" ləqəbli futbolçu bu illər ərzində meydana çıxdığı 214 oyunda 82 qol vurub. Torres daha sonra "Liverpul" (2007-2011), "Çelsi" (2011-2015), "Milan" (2014-2015) və "Atletiko"da (2015-2018) oynayıb. O, 2018-ci ildə "Saqan Tosu"ya transfer olub. Torres İspaniya millisinin heyıtində də 110 oyun keçirib və 38 qol vurub.

Elçin - Milli.azшаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.