Реклама
» » AİB Azərbaycana 295 milyon dollar məbləğində kredit ayıracaq

AİB Azərbaycana 295 milyon dollar məbləğində kredit ayıracaq

30-07-2019, 20:10
Oxunub: 34
Çap üçün versiya


Asiya İnkişaf Bankı (AİB) 2020-2022-ci illərdə Azərbaycana 295 milyon dollar məbləğində kredit ayıracaq.

İnteraktiv.Az xəbər verir ki, Trend bu barədə bankın Azərbaycan üzrə üçillik biznes planına istinadən məlumat verir.

Plana əsasən, AİB makroiqtisadi dayanıqlığın təmin olunması, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi, kiçik və orta biznesin dəstəklənməsi, bank olmayan kredit təşkilatlarının inkişafı layihələri üçün kredit ayıracaq.

Hesabat dövründə bank, həmçinin Azərbaycana 5,8 milyon dollar məbləğində texniki yardım göstərəcək.

Bundan başqa, bank 2022-ci ildə Azərbaycana enerji, təhsil, infrastrukturun təkmilləşdirilməsi və dövlət idarəçiliyinin səmərəliliyinin artırılması sahələrində 4 layihə üçün 450 milyon dollar kredit ayıra bilər.

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.