Реклама
» » Dərman istehsalı üzrə Rusiya-Azərbaycan birgə müəssisəsi yaradılır - Səfir

Dərman istehsalı üzrə Rusiya-Azərbaycan birgə müəssisəsi yaradılır - Səfir

10-06-2019, 23:56
Oxunub: 40
Çap üçün versiya


"Rusiya və Azərbaycan yol xəritəsi çərçivəsində əczaçılıq sahəsində birgə müəssisələrin yaradılması üzrə birgə mexanizmlər hazırlayır".

İnteraktiv.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, hazırda birgə müəssisənin yaradılması üzrə işlər başa çatmaq üzrədir:

"Rusiyanın "RFarm" şirkətinin və Azərbaycan dərman istehsalı şirkətinin iştirakı ilə yaradılan müəssisə "Həyat Farm" adını daşıyacaq".

Onun sözlərinə görə, birgə müəssisənin bu ilin sonunadək, və ya 2020-ci ilin əvvəlinədək yaradılması gözlənilir.

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.