Реклама
» » Azərbaycan Mərkəzi Avropa ölkələrində ticarət evləri şəbəkəsini genişləndirəcək

Azərbaycan Mərkəzi Avropa ölkələrində ticarət evləri şəbəkəsini genişləndirəcək

23-06-2019, 15:56
Oxunub: 61
Çap üçün versiya


Azərbaycan yaxın gələcəkdə Mərkəzi Avropa ölkələrində ticarət evləri şəbəkəsini genişləndirməyi planlaşdırır.

İnteraktiv.Az bildirir ki, bunu Trend-ə Azərbaycanın Polşadakı ticarət nümayəndəsi Nemət Nağdəliyev deyib.

Onun sözlərinə görə, ticarət evlərinin Almaniya, Çexiya və Macarıstanda açılması planlaşdırılır.

N.Nağdəliyev bildirib ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yaradılmış Azərbaycan Ticarət Evi Polşa bazarında "Made in Azerbaijan" brendi ilə məhsullar təqdim edir və Azərbaycan mallarının Polşaya ixracının genişlənməsinə və təşviqinə dəstək göstərir:

"Polşadakı ticarət evində 30 Azərbaycan şirkətinin spirtli içkiləri, quru meyvələr, nar, fındıq, çay, mürəbbə, meyvə şirələri kimi məhsullar satılır. Hazırda Azərbaycanda Polşanın təqribən 20 şirkəti xidmət, sənaye və ticarət sahələrində fəaliyyət göstərir".

Ticarət nümayəndəsi qeyd edib ki, Polşaya ixrac olunan Azərbaycan məhsulları arasında ən çox tələbat fındıq və nar şirəsinədir.

Qeyd edək ki, hazırda Azərbaycanın ən iri ticarət tərəfdaşları İtaliya, Rusiya, Türkiyə, İsrail, Almaniya və Çindir. Polşa böyüklüyünə görə Azərbaycanın yeddinci tərəfdaşıdır.

İnteraktiv.Az 

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.