Реклама
» » Sonsuz kublardan yaranmış kimi görünən gecə lampası

Sonsuz kublardan yaranmış kimi görünən gecə lampası

17-07-2019, 16:00
Oxunub: 18
Çap üçün versiya


ABŞ-lı bir sənətçi, dikroik şüşə istifadə edərək sonsuz kimi görünən bir gecə lampası yaratdı. İşin əslində isə yalnız iki kub və bir led istifadə edilir. Kçiki bir optik illüziya, möhtəşəm bir görüntü meydana gəlməsi üçün kifayət edir.

Nyu-Yorklu bir sənətçi olan Şon Oqustin Marş, dikroik şüşə və əks etdirici şüşələr istifadə edərək xüsusi bir gecə lampası yaratdı. Bu gecə lampası, sanki sonsuz ədəddə kub varmış hissi yaradır.

Marşın yaratdığı bu gecə lampası, fərqli bucaqlardan baxıldığı zaman həm fərqli rənglərdə, həm də fərqli ədədlərdə görünür. Ancaq işin əslinə baxsaq, bu gecə lampasında yalnız 5 vattlık bir led ilə 10 düymlük bir böyük kub və içərisində olan 5 düymlük kiçik bir kub var.

Bu gecə lampası ilə əlaqədar şərh verən Marş belə deyib: "İşıqla oynamağın və işığı dəyişdirməyin yollarını öyrənməkdən həmişə zövq almışam.

İşığın yalnız qırılmasını deyil, çatdırılmasını da araşdırdım. Bu məzmunda dikroik şüşələr, axtardığım hər şeyi mənə verdi".

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.