Реклама
» » Kahı yığan süni intellektli tərəvəz robotu

Kahı yığan süni intellektli tərəvəz robotu

17-07-2019, 15:00
Oxunub: 19
Çap üçün versiya


Kembric Universitetinin araşdırmaçıları, süni intellektli tərəvəz robotu yaratdı.

İllərdir buğda və kartof kimi asanca toplana bilən məhsullarda zatən maşınlar istifadə edilir. Ancaq kahı kimi daha həssas məhsullarda da robot texnologiyaları köməyə çatır.

İnteraktiv.Az Milli.Az-a istinadən bildirir ki, maşın öyrənmə texnikasını istifadə edərək kahı yığa bilən robot, Kembric Universitetinin mütəxəssisləri tərəfindən yaradıldı. Vegebot adı verilən robot, həssas yarpaqları və torpağa yaxın yetişdiyinə görə çətin yığılan kahıları toplaya bilir.

Kompyuter görüntü sisteminin köməyilə hədəfini təyin edən robot, maşın öyrənmə yoluyla kahının toplanmağa hazır olub olmadığını təyin edə bilir. Kahının toplanmağa hazır olduğunu analiz edən robot üzərində olan bıçaqları istifadə edərək kahını torpaqdan kəsib çıxarır.


İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.