Реклама
» » Bu ölkədə dərs ilinin müddətinin azaldılması təklif olunub

Bu ölkədə dərs ilinin müddətinin azaldılması təklif olunub

29-07-2019, 21:50
Oxunub: 28
Çap üçün versiya


Litva şəhər və rayon bələdiyyələrinin əksəriyyəti hökumətə dərs ilinin müddətini azaltmağı təklif ediblər.

İnteraktiv.Az AZƏRTAC-a istinadən bildirir ki, əhali arasında keçirilmiş sorğuya əsaslanan Litva bələdiyyələrinin üçdə ikisi artıq daha qısa dərs ili istədiklərini bəyan edib. Buna səbəb may ayından sonra başlanan anomal istilər olub. Ölkə rəhbərliyi etiraf edib ki, ölkədəki məktəblər isti hava şəraitinə uyğunlaşdırılmayıb.

Bir neçə il əvvələdək Litvada dərslər may ayında başa çatırdı. Lakin sonralar Avropa standartlarına uyğun olaraq dərs ili iyunun sonunadək uzadılmışdı. Şəhər şuralarının rəhbərləri qeyd ediblər ki, son illərin nəticələri belə addımın gərəksiz olduğunu sübuta yetirib.

Həmçinin valideynlər şagirdlərin yay tətilinin daha səmərəli keçirilməsi istiqamətində təkliflər irəli sürüblər. Onlar muzey və digər tarixi abidələrə girişin baha olduğunu qeyd ediblər.


İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.