Реклама
» » Burun tutulmasının BÖYÜK TƏHLÜKƏSİ – Ürəyi məhv edir

Burun tutulmasının BÖYÜK TƏHLÜKƏSİ – Ürəyi məhv edir

30-05-2019, 22:14
Oxunub: 53
Çap üçün versiya


"Xroniki burun tutulması ciddi sağlamlıq problemlərinə səbəb olur".
İnteraktiv.Az medicina.az-a istinadən bildirir ki, bunu türkiyəli həkim Bahadır Baykal deyib. Qulaq, burun, boğaz baş-boyun cərrahı olan həkimin sözlərinə görə, səhər yuxudan oyananda baş ağrılarının və yorğunluğun səbəbi burun tıxanıqlığı ola bilər:
 
"Gün ərzində orqanizmə daxil olan hava axının böyük qismi məhz burundan daxil olur. Əgər burun tutulması olsa, gün ərzində müəyyən problemlərlə üzləşə bilərik. Əksərən burun tutulması ciddiyə alınmır. Halbuki burun tutulması yuxusuzluq, yorğunluq kimi amillərlə günlük həyata təsir edir. Nəticədə isə ürək genişlənməsi kimi bir çox ciddi problemlərə təkan verir."
 
Bəzən qrip, soyuqdəymə və sinuzit kimi xəstəliklər ötəri burun tutulması yaradır. Həkimin sözlərinə görə, bu vəziyyət  problem yaratmır: "Burunun iç tərəfində əyrilik, burun ətlərinin böyüməsi kimi səbəblərlə yaranan xroniki burun tutulması orqanizmdə oksigen çatışmazlığına səbəb olur. Nəticədə orqanizm mənfi təsir alır.
 
Ağciyərlərimizə kifayət qədər təmiz hava daxil olmayanda karbon qazı yaranır. Qanda olan toxumalara az oksigen gedir və zamanla orqanizm zərər görür. Keyfiyyətli yuxu yatmayan adamlarda yorğunluq və diqqətsizlik, yüksək təzyiq olur. Ürəkdə ritm pozulması baş verir. Müəyyən vaxtdan sonra isə ürək böyüyür".
 
Uzman həkim vurğulayıb ki, xroniki burun tutulması olan insanlarda ən vacib əlamət  xoruldamaqdır: "Həmin adamların səhər yuxudan duranda ağızlarında quruluq olur.  Burunun iç qismində əyrilik adətən hər hansı travma sonrası meydana gəlir. Ana bətnində belə hərəkət zamanı körpənin burnu travmaya məruz qala bilər. Doğum zamanı və yaxud  uşaqlıq vaxtlarında alınan zərbələr burun əyriliyinə səbəb olur. Lakin hər burun əyriliyi də tutulmaya səbəb olmur".
 
Burun ətinin şişməsinə tez-tez rast gəlinir. Bu isə burun tutulmasına birbaşa təsir edir. Nəticədə burun tənəffüsünün pozulmasına gətirib çıxarır. Burun ətlərinin şişməsi hamiləlik dönəmində hormonal dəyişiklik zamanı baş verir. Daha sonra allergiyalar da burun ətinin şişməsinə səbəb olur. Burun əti adətən eşitmədə də problemlər yaradır.
İnteraktiv.Az шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.