Реклама
» » Navaxo hindularının şamanlarından öncəgörmə - Bəşəriyyətin sonu...

Navaxo hindularının şamanlarından öncəgörmə - Bəşəriyyətin sonu...

11-05-2019, 00:54
Oxunub: 159
Çap üçün versiya
 
Şimali Amerikanın ən qədim sivilizasiyalarından biri Navaxo hindularıdır.

İNTERAKTİV.az ölkə.az-a istinadən bildirir ki, bu tayfanın fikrinə əsasən, əcdadlarından bu yana davam rituallar Yerdə bəşəriyyəti qoruyub-saxlamağa xidmət edir. Navaxo şamanlarında qədim manuskriptlər var və əfsanəyə əsasən, çox qədim ağ irqdən əldə edilib. Bu irq vaxtilə məhv olub və bizim bəşəriyyəti də tezliklə belə bir sonluq gözləyir.
Bu qədim mənbələrə əsasən, biz artıq dördüncü Yerdə yaşayırıq. Digər üç dünya isə özü özünü məhv edib. Çünki bu sivilizasiyalar hakimiyyət uğrunda mübarizəyə qalxmışdılar. Təəssüflər olsun ki, bəşəriyyətimiz də bu yolda hərəkət edir və hazırda Yerin dördüncü Apokalipsisi yaxınlaşmaq üzrədir.
Navaxo şamanları bu faciənin qarşısını almaq üçün əllərindən gələni edirlər. Amma hələ ki, heç nəyə nail ola bilmirlər. Onların fikrinə əsasən, İraqla müharibə başladıqdan sonra bəşəriyyətin sonu daha da yaxınlaşıb. Ümid missiyasının liderləri bundan əvvəl xüsusi konfransda iştirak ediblər və ilk dəfə olaraq qədim manuskriptləri göstərərək bəşəriyyətə xəbərdarlıq ediblər. Amma bu da ABŞ hökumətini dayandıra bilməyib. Elə bu səbəbdən də asta-asta üçüncü dünya müharibəsi başlayıb və bəşəriyyətin məhvinə qədər davam edəcək.
Mətnlərə əsasən, bəşəriyyətin yeganə şansı var, çünki planetimizdə inanclı insanların sayı artır. Nüvə müharibəsi insanların əksəriyyətini məhv edə bilər. Bu isə son olmayacaq. Yarı tanrı bir nəfər gələcək və sağ qalan inanclıları toplayacaq. Sonunda isə onlar Yerdə ədalətli və xoşbəxt cəmiyyət quracaqlar...шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.