Реклама
» » Şirniyyatdan necə imtina etməli? - İNANILMAZ RESEPT

Şirniyyatdan necə imtina etməli? - İNANILMAZ RESEPT

11-06-2019, 00:27
Oxunub: 12
Çap üçün versiya


Əgər hər gün tez-tez yüksək qlükoza tərkibli şirniyyatlar yemək istəyi yaranırsa, bu, orqanizmdə kalsium və maqnezium çatışmazlığını göstərə bilər.

İnteraktiv.Az xəbər verir ki, mütəxəssislər pəhriz saxlayarkən güclü şirniyyat istəyi yaranan adamlara şəkərlə mübarizədə küncütdən istifadə etməyi tövsiyə edir.

Küncütün möcüzəvi xeyiri onun yüksək tərkibi: kalsium, maqnezium, A, E, C və B qrupu vitamini ilə zəngin olması ilə ölçülür. O, yüksək kalorilidir, odur ki, orqanizmə lazımlı enerjini verəcək, amma çəkinizə təsir etməyəcək. Yalnız ondan düzgün faydalanmaq qalır. Bunun üçün küncüt südü hazırlayın.

İnqredientlər:

100 qram küncüt

1 çay qaşığı bal

1 litr su

Bütün gecə küncütü suda isladın (Əgər islatmamısınızsa, qorxulu heç bir şey yoxdur). Səhər küncütü yuyub blenderə tökün, bir stəkan su və bal əlavə edib xırdalayın. Daha sonra qalan suyu tökün və yenidən blenderdə qarışdırın. Əgər blender yoxdursa, küncütü əzmək olmaz, amma bu, daha çox vaxt aparacaq.

Bal şirinləşdirici maddə kimi istifadə olunur, odur ki, məcburi deyil, amma kokteylin dadını pisləşdirməyəcək. Əldə edilən küncüt südünü günün istənilən saatında içmək olar. Amma yeməkdən sonra daha yaxşıdır. Şirniyyata olan güclü və qeyri-təbii istək bir neçə gündən sonra yoxa çıxır, onun birlikdə zəiflik də itir.

Küncütün faydası ondadır ki, onun istifadəsi vaxtı kalsiumun orqanizm tərəfindən sovrulması daha keyfiyyətli və daha sürətli baş verir, nəinki həb halında.

Sümüklərin gücləndirilməsi nəticəsində saç dibləri, dırnaqlar da möhkəmlənəcək, vitamin zənginləşdirilməsi sayəsində bədən gümrah olacaq.

Küncütün daha bir faydası ondan ibarətdir ki, o, əla antioksidant əlavəsi sayılır, qocalıq prosesini ləngidir və xərçəngin yaranma riskini azaldır.

Yadda saxlayın ki, qızardılmış küncüt faydalı xassələrini tamamilə itirir, odur ki, faydalı maddələri isladımış dənlərdən əldə etmək daha asan və daha yaxşıdır.

Küncüt südünü müxtəlif xəmir işlərində və ya meyvə kokteyllərində istifadə etmək olar. (publika.az)

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.