Реклама
» » Dərini hamar edən və ağardan kartof maskası

Dərini hamar edən və ağardan kartof maskası

11-06-2019, 00:30
Oxunub: 10
Çap üçün versiya


Dərinin hamar və sağlam görünməsi üçün kimyəvi məhsullar yerinə kartofdan istifadə edə bilərsiniz.
İnteraktiv.Az kartof maskasının hazırlanma qaydasını və faydalarını təqdim edir:
Kartofun qabığını soyun və sürtgəcin xırda hissəsindən keçirin. Sonra suyunu süzüb onunla üzünüzü yuyun. Sürtgəcdən keçirilmiş kartofu isə burun üzərinə və ya gözaltına qoyub bir müddət saxlayın.
Daha sonra üzünüzü su ilə yuyub təmizləyin. Maskanı həftədə 3 dəfə tətbiq edə bilərsiniz. Həmçinin süzülmüş kartof suyunu buz qəliblərinə tökərək dondura, daha sonra maska və ya üz təmizləyici vasitə kimi istifadə edə bilərsiniz.
Maskanın heç bir əks göstərişi yoxdur, lakin həssas dəriyə maliksinizsə, maskanı əvvəlcə qolunuzda sınaqdan keçirin.
Dəriyə faydaları
Təbii pilinq təsiri ilə dərini ölü hüceyrələrdən arındırır. Cildi nəmləndirdiyi üçün quru dərilərin elastikliyini bərpa edir. Gözaltı qaralığı və dəri ləkələrini azaldır. Həmçinin gözaltı şişkinliyini yox edir.
Antibakterial xassəli olduğu üçün sızanaq müalicəsində effektiv təsir göstərir.
Məsamələrini daraldır və dərinin daha güclü görünməsini təmin edir.
Dərinin rəngni ağardır. (publika.az)
İnteraktiv.Az шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.