Реклама
» » İki yeni Google smartfonu təqdim olunub

İki yeni Google smartfonu təqdim olunub

11-05-2019, 00:18
Oxunub: 108
Çap üçün versiya
 
"Google" şirkəti "Google I/O 2019" proqram tərtibatçıları konfransında "Pixel 3a" və "Pixel smartfonlarını təqdim edib. Bu, ötən il buraxılan "Pixel 3" və "Pixel 3 XL" ilə müqayisədə ucuzlaşdırılmış modellərdir.

İNTERAKTİV.az ICTnews-a istinadən bildirir ki, yeni modellər "Google" şirkətinin orta səviyyəli ilk smartfonları olub.
 "Pixel 3a" modeli Full HD (2220 x 1080 piksel) təsvir ölçülü 5,5 düym diaqonallı ekranla təchiz edilib. "Pixel 3a XL" isə 6 düymlük displeyi ilə seçilir. Smartfonlar digər texniki xüsusiyyətlərinə görə oxşardır. Belə ki, onlar 12,2 meqapikselli əsas və 8 meqapikselli ön kamera, "Snapdragon 670" prosessoru, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz olunub. Modellərin akkumulyator tutumu müvafiq olaraq 3 min və 3700 milliamper/saat təşkil edir.
Bundan başqa, "Android 9.0 Pie" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar NFC texnologiyası, arxa panel barmaq izi skaneri və stereodinamiklərə malikdir. "Google" nümayəndələrinin sözlərinə görə, adaptiv enerji idarəetmə texnologiyası sayəsində smartfonların avtonom işləmə vaxtı 30 saata çatır. Bundan əlavə, 18 vatt gücündə sürətli enerjidoldurma 7 saatlıq avtonom işi təmin edəcək.
"Google Store" internet mağazasında qara, ağ və açıq yasəmən rənglərində təklif edilən "Pixel 3a" və "Pixel 3a XL" smartfonlarının qiyməti müvafiq olaraq 399 və 479 dollar təşkil edir.шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.