Реклама
» » Ən dadlı qidanın böyük təhlükəsi: Dondurma alarkən son dərəcə diqqətli olun

Ən dadlı qidanın böyük təhlükəsi: Dondurma alarkən son dərəcə diqqətli olun

23-06-2019, 16:12
Oxunub: 31
Çap üçün versiya


"Əriyəndən sonra yenidən dondurulan dondurmalar zəhərlənməyə səbəb ola bilər".

İnteraktiv.Az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Rəna Kəngərli məlumat verib.

O, bildirib ki, buna görə də istehlakçılar dondurma alarkən onun qabına diqqət yetirməlidirlər: "Əgər dondurmanın qabı əzilibsə, deməli, əriyib və sonra təkrar dondurulub. Yenidən dondurulma isə həm məhsulun dadına mənfi təsir göstərir, həm də zəhərlənmə təhlükəsini artırır".

R. Kəngərlinin sözlərinə görə, bu gün satışda meyvəli dondurma adı altında satılan dondurmaların çoxunda meyvədən yox, rəngləndiricilərdən istifadə edilir. Mütəxəssis deyir ki, sarı rəngdə olan dondurma limonlu dondurma sayılır: "Ancaq istehlakçı bilməlidir ki, əgər dondurmanın rəngi tünd sarıdırsa, orada rəngləndiricidən istifadə olunub. Çünki limon əlavə edilmiş dondurma ağ rəngdən sarıya nadir hallarda çevrilə bilər, tünd sarı ola bilməz. Dondurmalara vurulan bu sintetik rəngləndiricilər allergik xəstəliklərə yol açma potensialına malikdir".

R. Kəngərli keyfiyyətli dondurmalarla bağlı məsələyə də aydınlıq gətirib. O, bildirib ki, satışda bitki mənşəli dondurmalarla yanaşı, kərə yağı istifadə edilən dondurmalar da var. O, ən keyfiyyətli dondurmaların da məhz kərə yağı tərkibli dondurmalar olduğunu söyləyir. Həmsöhbətimiz bildirir ki, belə dondurmalar qiymətinə görə baha olur. Mütəxəssisin sözlərinə görə, dondurmanın keyfiyyətini istehlakçı özü də vizual baxışla müəyyən edə bilər: "Əgər dondurmanın üzəri bərq vurursa, buz kristalları varsa, deməli o keyfiyyətli dondurma deyil. İstehlakçılara bir də əsas tövsiyəm odur ki, əzik dondurmaları almaqdan birmənalı olaraq çəkinsinlər. Məhsulun son istifadə tarixinə fikir versinlər".

O, hər dondurmanın saxlanılma və istifadə müddətinin fərqli olduğunu söyləyib. R. Kəngərli bildirib ki, dondurmanın ev şəraitində də saxlanılması qaydasına riayət edilməlidir: "Dondurmalar digər qida məhsulları ilə, məsələn, toyuq, balıq məhsulları və s. ilə eyni soyuducuda saxlanmalı deyil. Digər qidalarla eyni soyuducuda saxlanma dondurmanın keyfiyyətini pozmaqla yanaşı, onun tərkibində zərərli mikroorqanizmlərin inkişafına səbəb ola bilər. Qeyri-düzgün və antisanitariya şəraitində satılan dondurmalar asanlıqla yararlı qida məhsulundan təhlükəli məhsula çevrilə bilir".

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.