Реклама
» » Həkimdən SOS: Körpənizi bundan qoruyun!

Həkimdən SOS: Körpənizi bundan qoruyun!

23-06-2019, 16:26
Oxunub: 6
Çap üçün versiya


Günəş şüalarının insan orqanizminə müsbət təsirləri ilə bərabər mənfi tərəflərini, ələlxüsus körpə dərisinə mənfi təsirini bilməliyik. Buna görə 1 yaşdan az olan körpələrin birbaşa günəşlənməsi və gün kremlərindən istifadə etməsi tövsiyə edilmir.

İnteraktiv.Az Axar.az-a istinadən xəbər verir ki, bu məsləhətlə pediatr Altay Abdullaoğlu çıxış edib. Pediatr qeyd edib ki, körpələrin dərisi çox həssas olduğu üçün ciddi problemlər yarana bilər:

"Daha böyük uşaqların isə günün uyğun saatlarında havaya çıxmaları məsləhət görülür. Bu vaxt məsələsi bir çox mütəxəssislər tərəfindən mübahisəli olsa da, adətən saat 10:00-a qədər və 17:00-dan sonra günəşin batmasına qədər günəşlənmək tövsiyə edilir. Bununla yanaşı 1 yaşdan yuxarı uşaqlar günəşlənərkən gün kremlərindən istifadə edə bilər".

Həkim bildirib ki, uşaqların dərisi günəşin kanserogen təsirinə daha həssas olur:

"Kremləri seçərkən dəriyə uyğunluğuna və yüksək qoruyuculuq faktına diqqət yetirilməlidir".

İnteraktiv.Az 

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.