Реклама
» » Qanda şəkərin miqdarını necə müəyyən etmək olar? - ALİMLƏR AÇIQLADI

Qanda şəkərin miqdarını necə müəyyən etmək olar? - ALİMLƏR AÇIQLADI

24-06-2019, 14:00
Oxunub: 40
Çap üçün versiya


Alimlər xəbərdarlıq edirlər ki, bir çox insanın qanında şəkərin miqdarı yüksək olsa da, bundan xəbərsiz yaşayırlar.
İnteraktiv.Az ölkə.az-a istinadən bildirir ki, daimi olaraq yorğunluq hissi, görmə qabiliyyətinin zəifləməsi, güclü susuzluq yüksək diabetin ilk simptomları ola bilər. Bundan başqa, qanda şəkərin miqdarının yüksəlməsi təkcə diabet zamanı ortaya çıxmır.
Bu, eyni zamanda infeksiyalarda, stress vaxtı, zəif aktivlikdə, yüksək miqdarda spirtli içki qəbulu zamanı da üzə çıxır. Mütəxəssislər qeyd edirlər ki, qanda şəkərin miqdarının artması ilə yanaşı böyrəklərə güc düşür. Çünki böyrəklər bütün şəkəri filtrdən keçirməlidirlər. Şəkər sidiklə çölə çıxır. Bu zaman isə daim sidiyə getmə baş verir. Bu isə orqanizmdə suyun azalması ilə müşahidə edilir, susuzluq hissi yaranır. Bu, zəncirvari bir reaksiyadır. Bundan başqa yüksək şəkər zamanı qan dövranı zəifləyir, yaralar gec sağalır, sidik sisteminin infeksiya riski artır.
Bundan başqa yüksək şəkər miqdarı beyinin fəaliyyəti üçün vacib olan hormonlara da təsir edir. Bu isə müntəzəm baş ağrıları ilə nəticələnir.
İnteraktiv.Az шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.