Реклама
» » Tutanxamonun büstü təqribən 6 milyon dollara satıldı

Tutanxamonun büstü təqribən 6 milyon dollara satıldı

6-07-2019, 12:30
Oxunub: 4
Çap üçün versiya


Misir fironu Tutanxamonun büstü "Christie's" hərrac evində təqribən 6 milyon dollara satılıb. Bu barədə satış evinin nümayəndələri məlumat yayıb.

İnteraktiv.Az AZƏRTAC-a istinadən bildirir ki, adını bildirməyən alıcı hərrac rüsumu nəzərə alınmaqla 4 milyon 746 min funt qoyub ki, bunu ABŞ dollarına çevirəndə 5,97 milyon edir.

Misirin hökumət orqanları vaxtilə əcnəbi arxeoloqlar tərəfindən tapılmış və ölkədən qeyri-qanuni yolla çıxarılmış artefaktların geri qaytarılması tələbini çoxdan bəri irəli sürürlər. Bu səbəbdən də hərrac zamanı "Christie's" ofisinin qarşısında 20 etirazçı toplaşaraq əllərində "Misir tarixi satılmır" şüarı yazılmış transparant tutub.


İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.