Реклама
» » » "Azərişıq" gücləndirilmiş rejimə keçdi - HAVA İLƏ BAĞLI

"Azərişıq" gücləndirilmiş rejimə keçdi - HAVA İLƏ BAĞLI

11-05-2019, 00:43
Oxunub: 108
Çap üçün versiya
 
Ölkənin bir sıra regionlarında havaların kəskin soyuması, küləklə müşahidə olunan dolu və yağışın yağması "Azərişıq" ASC-ni bir sıra qabaqlayıcı tədbirlər görməyə məcbur edib.

İNTERAKTİV.az xəbər verir ki, ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə bildirib ki, axşam saatlarından etibarən əməkdaşlar baş verə biləcək mümkün qəzaların qarşısını almaq üçün səfərbər olunub:
"Artıq canlı qüvvə və texnikamız hazır vəziyyətə gətirilib. Onlar baş verə biləcək qəzaların qarşısını almaq üçün çalışırlar. Digər qrup isə yağışlı-küləkli hava şəraitində baş verən fasilələri operativ aradan qaldırmaqla məşğuldur. Hazırda Zaqatala rayonu və ətraf ərazilərdə yaranan fasilələr aradan qaldırılıb, abunəçilərin elektrik enerjisi təchizatı bərpa edilib".
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti qeyri-sabit hava şəraiti ilə xəbərdarlıq edib. Əksər rayonlarda hava yağıntılı və küləkli keçir. Şimal-qərb rayonlarında dolu düşüb.шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.