Реклама
» » » Qazaxıstanlılar Bakıda səfirlikdə fəal səs verirlər

Qazaxıstanlılar Bakıda səfirlikdə fəal səs verirlər

9-06-2019, 18:40
Oxunub: 11
Çap üçün versiya


Qazaxıstanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə əlaqədar təşkil edilən 262 nömrəli seçki məntəqəsində seçicilərin fəallığı müşahidə edilir.

İnteraktiv.Az Trend-ə istinadən bildirir ki, bunu məntəqə seçki komissiyasının sədri Darhan Kuşerbayev deyib.

D.Kuşerbayev bildirib: "Qazaxıstanın Azərbaycandakı səfirliyinin binasında seçki məntəqəsi təşkil edilib. Məntəqə saat 07:00-da işə başlayıb və 20:00-da bağlanacaq. Səhər saatlarından seçicilərin fəallığı müşahidə edilir. Seçki məntəqəsində səfirlikdə konsulluq qeydiyyatında olan qazaxıstanlılardan əlavə müxtəlif səbəblərdən Azərbaycanda olan Qazaxıstan vətəndaşları da gəlir. Onlar arasında seminarlarda və müxtəlif tədbirlərdə iştirak edən şəxslər, turistlər və idmançılar da var".

Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.

Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.