Реклама
» » » Qan verərək dəstək oldular

Qan verərək dəstək oldular

15-06-2019, 16:00
Oxunub: 43
Çap üçün versiya


Cənubi Qafqazın ən böyük inşaat materialları şirkətlərindən olan "Mətanət A" şirkəti Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsinə də hər zaman xüsusi diqqət ayırır.
Şirkət ətraf mühitin qorunması, gənc kadrların inkişafı, eləcə də idman, mədəniyyət, təhsil və humanitar aksiyalara daim dəstək verməklə sosial məsuliyyətə verdiyi önəmi sərgiləməkdədir.
Bu gün şirkətdə daha bir humanitar aksiya baş tutub. İnteraktiv.Az Milli.Az-a istinadən xəbər verir ki, Şirkət əməkdaşları 14 iyun Ümumdünya Qan
Donorları Günü münasibətilə qan veriblər. Aksiyada könüllülük əsasında şirkətin 40-a yaxın
əməkdaşı iştirak edib. B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşları tərəfindən toplanan qandan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, bu "Mətanət A" şirkətində ilk qanvermə aksiyası deyil. Bu kimi tədbirlər şirkətdə davamlı olaraq keçirilir. Şirkət Korporativ Sosial Məsuliyyət proqramına uyğun olaraq hər zaman sosial-humanitar layihələrin tərkib hissəsi olmaqla öz korporativ vətəndaşlıq borcunu yerinə yetirir və bundan sonra da bu işləri davam etdirəcək.
2000-ci ildə əsası qoyulmuş "Mətanət A" şirkəti qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə çatıb. Müasir texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanmışdır.
Hazırda şirkət 3 sistemdə, 24 mal  qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də
keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.

İnteraktiv.Az
 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.