Реклама
» » » Deyerli dostlar!

Deyerli dostlar!

14-05-2019, 22:48
Oxunub: 38
Çap üçün versiya



DƏYƏRLI DOSTLAR!

Bildirmək istəyirəm ki, mən 08 may 2019-cu il tarixdə saat 16:00-da Azərbaycan Respublikasının Baş Prokurorluğuna çağrılmışdım. Adı çəkilən qurumda ilk olaraq məni prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov qəbul etdi. Görüş zamanı o, 07 may 2019-cu il tarixdə hüquq müdafiəçisi Oqtay Gülalıyev tərəfindən yayımlanmış ''Hüquq müdafiəçisi Baş Prokurorluğu ifşa etdi-ŞOK GƏLIŞMƏ'' başlıqlı yazını mənə göstərdi. Bundan sonra Baş Prokurorun birinci müavini Rüstəm Usubovla görüşdük. Cənab Usubovla bir saata yaxın davam edən söhbətimimizdən sonra, rəhbərlik etdiyim GundemXeber.Az saytında və eyni adlı facebook səhifəmdə yazılara, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsinin əməkdaşı olmuş mərhum Emin Hüseynovun müəmmalı ölümü ilə bağlı dərc olunmuş açıqlamalarla bağlı, Baş Prokurorluq tərəfindən mənə rəsmi xəbərdarlıq olundu. Bu da o deməkdir ki, gələcəkdə rəhbərlik etdiyim media qurumlarında eyni səpkili məqalələr dərc olunarsa, o halda barəmdə cinayət işi qaldırıla və məni həbs də edə bilərlər. Belə bir tapşırığın verilməsinə baxmayaraq, ümumi söhbətimiz zamanı Rüstəm Usubova bildirdim ki, Bəybala Hüseynovun əsas narazılığı oğlunun müəmmalı ölümü ilə bağlı cinayət işinin açılmamasıdır. Hətta onu da qeyd etdim ki, Bəybala Hüseynov oğlunu prokurorluğa işə düzəldən zaman vermiş olduğu 200 000 dollar məbləğində rüşvətlə bağlı da cinayət işi açılsın və Bəybala Hüseynov Əli Nağıyevə rüşvət verdiyinə görə, ittiham olunsun. Konkret məqsəd o oldu ki, oğlu öldürülmüş atanın haqq səsinə səs verilsin, heç olmazsa onun axan göz yaşlarının suyu qurusun. Düşünürəm ki, ölkəmizin Baş Prokurorluğu tərəfindən lazımi addımların atılmaması, öz-özlüyündə biabırçılıqdır. Digər tərəfdən, mənə qarşı heç bir əsas olmadan tətbiq olunan ''rəsmi xəbərdarlıq'' geri götürülməzsə, o halda məcbur olub bununla bağlı məhkəməyə müraciət etməli olacağam.

DƏYƏRLI DOSTLAR, mən də Bəybala Hüseynov adlı valideynin redaksiyamıza təqdim etdiyi müraciətini əsas tutaraq, belə bir açıqlamaları dərc etdirmişdim. Belə bir addımıma görə, məni 08 may 2019-cu il tarixdə saat 16:00-da Azərbaycan Respublikasının Baş Prokurorluğuna çağırdılar və adı çəkilən qurum tərəfindən mənə ''rəsmi xəbərdarlıq'' olundu. Düşünürəm ki, ictimai dəstək olarsa əsl həqiqətlər aşkara çıxacaq və fəryad edən ATA  müəyyən qədər təsginlik tapar. Biz yazdığımız yazılara görə, heç bir hədədən qorxmuruq və haqq yolundan  geri durmaq fikirimiz də yoxdur. Yaxşı olar ki, cinaət törədən məmurları məsuliyyətə cəlb etsinlər. шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.