Реклама
» » » İmişlidə e.ə. I minilliyə aid maddi mədəniyyət nümunələri aşkarlanıb

İmişlidə e.ə. I minilliyə aid maddi mədəniyyət nümunələri aşkarlanıb

16-05-2019, 20:46
Oxunub: 36
Çap üçün versiya


Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu İmişli rayonun Qızılkənd kəndi ərazisində e.ə. I minilliyə aid maddi mədəniyyət nümunələri aşkar edib.
İnteraktiv.Az Trend-ə istinadən bildirir ki, Qızıltəpə abidəsində aparılan arxeoloji qazıntılar nəticəsində su hövzəsi ilə əhatə olunmuş, 5 hektardan çox ərazini əhatə edən, hündürlüyü 17 metrə yaxın və iki hissədən ibarət Qızıltəpə abidəsinin cənub istiqamətində çiy kərpicdən tikilmiş eni 55 sm olan divar qatı, daha sonra qərb istiqamətində də paralel olaraq digər çiy kərpicdən hörülmüş divar, yaxşı vəziyyətdə olan təndirlər, üzərində rəngli naxışlar olan, şirli və şirsiz, həmçinin, əl işləri ilə döymələr vurulan bir çox məişət əşyaları, şüşə qab fraqmentləri, sümük alətləri, mis sikkələr aşkarlanıb. İlkin nəticəyə görə, abidənin üst qatları ilk orta əsrlərdən Çingizxan yürüşlərinədək dövrü əhatə edir. Amma bununla yanaşı, abidədə qoyulmuş kəşfiyyat şurfunun materialları arasında e.ə. I minilliyə aid maddi mədəniyyət nümunələri də aşkar olunub.
Qeyd edək ki, bir müddət əvvəl İmişli rayonunun Qızılkənd kəndi ərazisində e.ə. I minilliyin sonlarına aid Makedoniyalı İskəndərin 9 ədəd gümüş draxması tapılmışdı.
İnteraktiv.Az шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.