Реклама
» » » Bakı, Quba və Lənkəranda yaşıllıqların kütləvi məhvi ilə bağlı cinayət işi açıldı

Bakı, Quba və Lənkəranda yaşıllıqların kütləvi məhvi ilə bağlı cinayət işi açıldı

17-05-2019, 23:13
Oxunub: 64
Çap üçün versiya


Bakı şəhərinin Xətai rayonunda, Lənkəran və Qubada meşələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində yaşıllıqların icazəsiz kəsilməsi ilə bağlı materiallar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən İnteraktiv.Az-a daxil olan birgə məlumatında qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür. Lakin bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən vətəndaşların müraciətləri əsasında Bakı şəhərinin Xətai rayonu ərazisində, habelə Lənkəran və Quba Regional Meşə Təsərrüfatı Mərkəzlərində aparılmış monitorinqlər nəticəsində meşələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və digər yaşıllıqların icazəsiz kəsilməsi ilə təbiətə xeyli və külli miqdarda ziyan vurulması faktları müəyyən edildiyindən toplanmış materiallar araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Baş İdarə tərəfindən aparılmış ilkin araşdırmalarla Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi 93 və 99 saylı binaların arasında əvvəllər sakinlər tərəfindən 0,24 hektar sahədə salınmış bağ sahəsində 25 ədəd ağac və kolun kəsilərək məhv edilməsi və digər 98 ədədinin isə başqa əraziyə köçürülməsi ilə təbiətə xeyli miqdarda ziyan vurulmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə (qanunsuz ağac kəsmə) cinayət işi başlanılıb.
Bundan başqa, araşdırmalar nəticəsində Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Vizəzəmin meşəbəyliyinin 16 saylı meşə dolayında 63 ədəd meşə cinsli ağacın kəsilməsi ilə təbiətə xeyli miqdarda ziyan vurulmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 314.1 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi) və 259.1-ci maddələri ilə (qanunsuz ağac kəsmə) cinayət işi başlanılıb.

İnteraktiv.Azшаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.