Реклама
» » » Piyadanı vurub qaçan şəxs istintaqa cəlb olundu

Piyadanı vurub qaçan şəxs istintaqa cəlb olundu

24-07-2019, 23:25
Oxunub: 37
Çap üçün versiya


Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyindən Milli.Az-a daxil olan məlumatda deyilir ki, fevralın 9-da Bakı-Quba yolunun Binəqədi rayonu ərazisində şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi avtomobillə naməlum kişini vuraraq hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vəfat etmiş piyadanın şəxsiyyəti müəyyənləşdirilərək onun 1962-ci təvəllüdlü Telman Bəhərçiyev olduğu müəyyən edilib.

İstintaqla, həmçinin, qeyd olunan yol nəqliyyat hadisəsinin "Nexia R3" markalı "90-PR-481" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ağayev Namiq Qoşqar oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, iyulun 22-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.