Реклама
» » » JARA: Nastya Kamenskix Bakıda necə "imtahan" verdi? - FOTO

JARA: Nastya Kamenskix Bakıda necə "imtahan" verdi? - FOTO

30-07-2019, 16:57
Oxunub: 917
Çap üçün versiya


JARA 2019 beynəlxalq musiqi festivalının iştirakçısı, ukraynalı müğənni, aktrisa və aparıcı Nastya Kamenskix festival və şəhər barədə təəssüratlarını bölüşüb.

İnteraktiv.Az xəbər verir ki, müğənni Trend-ə festivalda üçüncü dəfə iştirak etdiyini deyib:

"Mən dəvətə görə çox şadam, çünki Bakıda hər zaman təşkilatçılıq, qarşılama, mühit və tamaşaçılar çox gözəl olur. Festival təkcə tamaşaçılar yox, həm də müğənnilər üçün də lazımdır. JARA hər bir müğənni üçün bir imtahandır. Bu musiqi və dostluq bayramının uzun illər davam etməsini arzulayıram".

Qeyd edək ki, festival iyulun 25-i sənətçilərin hitlərini səsləndirdikləri qala-konsertlə başlayıb. İkinci gündə, 90-cı illərin ulduzları çıxış edib, qonaqlara Qriqori Leps, Stas Mixaylov və "Lyube" qrupunun yaradıcılıq gecələri təqdim edilib. Üçüncü "sıfır" hitlərin günü olub. Dördüncü gün Z-nəsilə həsr olunub. Z nəsil - dünyada 1995-2012-ci illərdə anadan olmuş bir nəsil üçün istifadə olunan bir termindir.

Konsert proqramında Emin Ağalarov, Qriqori Leps, Loboda, Jiqan, Mari Kraymbreri, Molly, Alexander Panayotov, HammAli & Navai, Cygo, Rauf & Faik, Zomb, Nyuşa, Slava, Lyubov Uspenskaya, Rasa, Elvin Grey, Ellai, Aysel Məmmədova, MOT, Nazima, Ternovoy, Asammuell, Babək Məmmədrzayev, Səmra Rəhimli, Doni, Fika, İsaya, Evqeniy Mayer, Serebro, Tereza, Velvet, Klava Koka, MBand, Mişa Marvin, Julia Kovalçuk, Jony, Elman, Andro, Natan, Gemini, Alessandro Safina, Cosmos Qızlar, Anna Sedokova, Timur Rodriguez, Timati iştirak edib. Gecənin aparıcıları Yana Koşkina və Konstantin Tarasyuk olub.

Təşkilatçılar Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqoriy Leps, "Russkoye radio" və "Qızıl Gramofon" Mükafatının təsisçisi Serqey Kojevnikovdur.

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.