Реклама
» » Diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib - FOTO

Diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib - FOTO

16-07-2019, 20:11
Oxunub: 11
Çap üçün versiya


15-16 iyul tarixlərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirə çərçivəsində regional və tematik mövzular üzrə seminar müzakirələr keçirilib.

İnteraktiv.Az Trend-ə istinadən bildirir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Xarici İşlər nazirinin müavinləri Xələf Xələfov, Ramiz Həsənov, Mahmud Məmməd-Quıiyev, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, ölkəmizin xaricdə akkreditə olunmuş diplomatik nümayəndəliklərimizin rəhbərləri, eləcə də XİN-in digər rəsmiləri iştirak ediblər.

Müzakirələr zamanı xarici siyasətimizin müxtəlif aspektləri və üzləşdiyi çağırışlar barəsində geniş fikir mübadiləsi aparılıb. Xarici siyasət sahəsində işin səmərəliliyinin artırılması və əlaqələndirmənin gücləndirilməsi məqsədilə tövsiyələr hazırlanıb.

Eyni zamanda, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəzin fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Sonda bu tədbirin keçirilməsinə görə iştirakçılar tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə və onun rəhbərinə təşəkkür ifadə edilib.

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.