Реклама
» » Deputat: "Bu festivalın Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük etimadın göstəricisidir"

Deputat: "Bu festivalın Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük etimadın göstəricisidir"

28-07-2019, 20:46
Oxunub: 926
Çap üçün versiya


Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bunlar həm Azərbaycanın gücünü, inkişafını göstərir, həm də ölkəmizi dünyada təbliğ edir.

İnteraktiv.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

Deputat vurğulayıb ki, bu tədbirlər çərçivəsində Azərbaycana gələn çoxlu sayda qonaq ölkəmizin inkişafını, gözəlliyini, xalqımızın qonaqpərvərliyini görür: "Onlar Azərbaycanın bölgədə sülhün, əminamanlığın, inkişafın qarantı olan yeganə dövlət olduğunu görürlər. Bütün bunlar cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir".

B.Əliyev bildirib ki, bu günlərdə ölkəmizdə keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı yuxarıda qeyd olunanları bir daha təsdiq edir: "Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq aləmdə ölkəmizə olan yüksək etimadın daha bir göstəricisidir. Bu yarış gənc idmançılarımızın böyük təcrübə qazanmalarına, peşəkar idmançı kimi yetişmələrinə və gələcəkdə ölkəmizin bayrağını yüksəklərə qaldırmalarına səbəb olacaq.

Eyni zamanda, bu festival Azərbaycan həqiqətlərinin bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmağa imkan verməklə yanaşı, ölkə iqtisadiyyatının, xüsusən də turizin sektorunun inkişafına mühüm töhfə verir".

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.