Реклама
» » Ekspert: “Şimal-Cənub” dəhlizi geosiyasi əhəmiyyət daşıyır" - FOTO

Ekspert: “Şimal-Cənub” dəhlizi geosiyasi əhəmiyyət daşıyır" - FOTO

13-06-2019, 23:30
Oxunub: 51
Çap üçün versiya


"Şimal-Cənub" nəqliyyat layihəsi geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır, eləcə də iqtisadiyyatın real sektoruna yönəlib.

İnteraktiv.Az xəbər verir ki, bunu rusiyalı ekspert Stanislav Pritçin TREND İnformasiya Agentliyində keçirilmiş "Şimal-Cənub" nəqliyyat dəhlizi: regional inteqrasiya perspektivləri" mövzusunda Moskva-Bakı videokörpüsü zamanı deyib.

O qeyd edib ki, dünyada əsas trendlərdən biri regionallaşmadır:

"Layihə iştirakçıları qarşılıqlı əməkdaşlığın qlobal səviyyəsinə keçməyə çalışırlar. Əgər "Şimal-Cənub" nəqliyyat dəhlizini Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə müqayisə etsək, Çin bu təşəbbüsü elan etməmişdən qabaq geniş boru kəmərləri şəbəkəsini tikmişdi. "Şimal-Cənub"la bağlı isə biz başqa mənzərəni görürük. Layihənin başladığı gündən hələ də Fars körfəzindən Rusiyanın infrastrukturları ilə birləşən birbaşa yol yoxdur. Ona görə də burada, çox iş görmək lazımdır".

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.