Реклама
» » Əkrəm İmamoğlu Ərdoğana müraciət edib: “İstanbul üçün Sizinlə birgə işləməyə hazıram”

Əkrəm İmamoğlu Ərdoğana müraciət edib: “İstanbul üçün Sizinlə birgə işləməyə hazıram”

24-06-2019, 02:30
Oxunub: 38
Çap üçün versiya


İstanbul Böyük şəhər Bələdiyyə sədri vəzifəsinə təkrar seçkinin ilkin nəticələri açıqlandıqdan sonra böyük səs üstünlüyü ilə öndə olan sədrliyə namizəd Əkrəm İmamoğlu çıxış edib.

İnteraktiv.Az APA-ya istinadən xəbər verir ki, Əkrəm İmamoğlu təşəkkürlərlə dolu çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da müraciət edib. Bildirib ki, 16 milyon əhalisi olan İstanbulun hazırkı vəziyyəti ilə əlaqədar  Rəcəb Tayyib Ərdoğanla birgə çalışmağa hazırdır: "Mövzumuz 16 milyon insanın ehtiyacı və İstanduldur. Mən İstanbul üçün Sizinlə birgə işləməyə hazıram. Mandatımı alıb, işə başlamaq arzusundayam. Və yol xəritəmizi hazırlamaq üçün Sizə müraciət edirəm. Vətəndaşlarımız siyasi mübahisələrdən, münaqişələrdən bezib. Xidmət, istehsal və çarə yolunu gözləyir".

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyi vəzifəsinə təkrar seçkilər bu gün yerli vaxtla saat 08.00-17.00 (Bakı vaxtı ilə 09.00-18.00) arasında  baş tutub. Seçkinin 99 faiz nəticələri açıqlanıb, böyük səs üstünlüyü ilə Əkrəm İmamoğlu irəlidədir. 

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.