Реклама
» » Paşinyan gürcülərin çörəyini əlindən almaq istəyir

Paşinyan gürcülərin çörəyini əlindən almaq istəyir

10-07-2019, 18:25
Oxunub: 4
Çap üçün versiya


Rusiyada Gürcüstana qarşı iqtisadi sanksiyalar məsələsinin qaldırılmasından sonra Ermənistanda rus rəflərindəki gürcü şərabını özlərininki ilə əvəz etmək ideyası alovlanıb. Belə deyək, başqasının bədbəxtliyi üzərində özlərinə xoşbəxtlik qururlar.

Bu yaxınlarda Ermənistanın lideri Nikol Paşinyan ölkənin şərab istehsalı ilə bağlı bəyan edib: "Ermənistanda son dövrlərdə şərabçılıq sahəsi yenidən dirçəliş dövrünü yaşayır. Buna baxmayaraq, sözügedən sahənin inkişaf tempini aşağı salan problemlər hələ də qalır".

Erməni ekspertlər isə hesab edirlər ki, bu gün Gürcüstanda baş verənlər Ermənistanın ağır vəziyyətdə olan iqtisadiyyatına hansısa formada kömək edə bilər.

Məsələ burasındadır ki, Moskva-Tiflis münasibətlərindəki növbəti gərginlik Gürcüstandan Rusiyaya şərab, su idxalının, həmçinin pul köçürmələrinin qadağan edilməsi ilə nəticələnə bilər. Ermənistan bu mümkün ssenaridən pul qazanmağa çalışır.

İnteraktiv.Az axar.az-a istinadən xəbər verir ki, sözügedən məsələyə erməni iqtisadçı Suren Parsyan münasibət bildirib.

"Gürcü şərabını sevən insan erməni şərabını içməyəcək. Arada müəyyən dad fərqi var. Bu şərablar fərqli seqmentdə yer alır və bir-biri ilə rəqabət aparmır", - Parsyan qeyd edib.

Onun sözlərinə görə, Rusiyada gürcü şərabları erməni şərabı ilə müqayisədə daha məşhurdur.

Burada bizim "cəfakeş" qonşularımıza xatırlatmaq istərdik ki, başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq mümkün deyil. Bunu Azərbaycan torpaqlarını işğal etdikdən sonra Ermənistanın düşdüyü vəziyyət də təsdiq edir: iqtisadi blokada, böhran, yüksək immiqrasiya, aşağı maaş və təqaüdlər...

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.